AZ

Açıqlamaları müzakirə yaratdı

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Erbil ötən gün “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə aparılan istintaq çərçivəsində saxlanılıblar.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, məhkəmə qərarı ilə ev dustaqlığına buraxılan hər iki məşhurun jurnalistlərə verdiyi açıqlamalar müzakirələrə səbəb olub.

Belə ki, onlar bu barədə fikirlərinin olmadığını və aldadıldıqlarını iddia ediblər.

“Qanunsuz mərc oyunlarının reklamını əks etdirən videonun bir xatirə olaraq çəkildiyini düşündüm. Videoçəkiliş zamanı qeyri-qanuni mərc saytının reklamı üçün köynək geyinənlərə fikir vermədim”, - deyə Erbil bildirib.

Ortaç isə açıqlamasında peşman olduğunu vurğulayıb: “Məni hotelin açılışına dəvət etdilər. Malta adasına getdim, restoranın açılışı olduğunu dedilər. Komandanı ora gətirdilər və oyunu mobil telefonla çəkdilər. Ona görə də bizi orada aldatdılar. Peşmanam”.

Seçilən
25
2
qafqazinfo.az

3Mənbələr