Avstraliyada hər 10 ildən bir çiçək açan "mərci çiçəyi"ni görmək üçün minlərlə insan sıraya düzülüb.
Bakupost.az "ABC Australia" istinadən məlumat verir ki, Geelonq Botanika Bağındakı bitki yaydığı iyrənc qoxuya görə "cəsəd çiçəyi" adlandırılan bu bitki yenidən çiçək açıb.
Solmamışdan əvvəl bu çiçəyi görmək istəyən minlərlə insan Botanika bağının qarşısında izdiham yaratdı.
Bundan başqa, çiçəyin görüntülərinin paylaşıldığı canlı yayım son 2 gündə on minlərlə insan tərəfindən izlənilib.
Botanika Bağının Koordinatoru Kelle Reissinger deyib ki, çiçək "ölü dovşan kimi iylənir".
Məlumdur ki, "cəsəd çiçəyi" adlanan və hər 10 ildən bir çiçək açan bitkinin ömrü 24-48 saatdır.