Çinin Çjuhay şəhərində 62 yaşlı Fan adlı sürücü avtomobili meydançada idman edən insanların üzərinə sürüb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində, 35 nəfəri ölüb, 43 nəfər yaralanıb.
Polis yaşlı sürücünü saxlayıb.
Məlumata görə, hadisə ölkədə önəmli aviasiya sərrgisindən sonrra baş verib.
İlkin araşdırmalar, maşından tapılan bıçaq və sürücünün boynundakı yaralar onun özünə xəsarət yetirməyə cəhd etdiyi qənaəti yaradıb.
Təxminlərə görə, sürrücü boşanma ilə bağlı şəxsi məsələlər üzündən bu addımı atıb.
Hadisə ilə bağlı stintaq davam edir.
Rəna, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta