AZ

Antoni "Mançester Yunayted"lə danışıqlar aparmaq istəyir

Cinah oyunçusu Antoni "Mançester Yunayted"dəki durumundan narazıdır. 

90deqiqe.Az-ın “UtdDistrict”ə istinadən məlumatına görə, narazılıq fonunda Antoni klubla danışıqlar aparmaq istəyir. Futbolçu "Old Trafford"da onun perspektivlərinin nə olduğunu anlamaq istəyir. 24 yaşlı futbolçu vəziyyəti yaxın gələcəkdə müsbətə doğru dəyişməsə, klubunu dəyişməyə çalışacaq.

2024/2025 mövsümündə braziliyalı cəmi beş matçda iştirak edib və yalnız bir dəfə start heyətdə meydana çıxıb.

Qeyd edək ki, 2022-ci ilin yayının sonunda "Mançester Yunayted" Antoninin transferi üçün 95 milyon avro ödəyib.

Seçilən
16
90deqiqe.az

1Mənbələr