AZ

Toqo Prezidenti: İqlim ədaləti bütün müzakirələrimiz üçün kompas və istiqamət olmalıdır

İnkişaf etməkdə olan ölkələrin iqlim ədalətinə olan ehtiyacını göz ardı etmək olmaz və bu ölkələrin liderləri vədlərin konkret addımlara çevrilməsinə görə məsuliyyət daşıyırlar.

“İki sahil” xəbər verir ki, bunu Toqo Prezidenti Fore Qnassinqbe Bakıda keçirilən COP29 İqlim Sammitində bəyanatında bildirib.

"Biz meşə örtüyünün bərpası, enerji transformasiyası, bərpa olunan enerji mənbələrinin tətbiqi proqramlarını həyata keçiririk. Lakin təkbaşına qlobal tendensiyaları dəyişə bilmərik. Buna görə də iqlim ədaləti bütün müzakirələrimiz üçün kompas və istiqamət olmalıdır. Əhalinin müdafiəsi və biomüxtəlifliyimizin qorunması məqsədlərinə yönələcək maliyyə dəstəyi lazımdır", - o vurğulayıb.

Toqo Prezidenti ədalətli iqlim həmrəyliyinə çağırıb: "İqlim həllərimiz müvəqqəti yardım kimi deyil, kollektiv gələcəyimizə investisiya kimi düşünülməlidir".

Seçilən
24
2
ikisahil.az

3Mənbələr