AZ

Yaponiya XİN Putinin Rusiyanın dialoq qurmağa hazır olması ilə bağlı sözlərini müsbət qiymətləndirib

Yaponiya Rusiya prezidenti Vladimir Putinin Tokionun ölkələr arasında əməkdaşlığa qayıtması halında Moskvanın dialoq qurmağa hazır olması ilə bağlı bəyanatına müsbət yanaşır.

NOCOMMENT.az xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Takeşi İvaya deyib.

Eyni zamanda, xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Tokio Rusiya ilə münasibətlər məsələlərində Yaponiyanın maraqlarına uyğun hərəkət edəcək.

Bundan əvvəl Yaponiya parlamentinin üzvü Muneo Suzuki “Valday” klubunun iclasında Yaponiyada Moskva ilə əməkdaşlığı davam etdirən, xüsusən də enerji sahəsində ağıllı adamların olduğunu deyən Putinin sözlərini xatırladıb.

Deputat Putinin bəyanatını Rusiyanın yapon şirkətlərinin geri qayıtmasına hazır olduğunu göstərən Yaponiya üçün ən vacib siqnal adlandırıb.

Siyasətçi qeyd edib ki, Tokio Vaşinqtonun sifarişi ilə hərəkət etməyi dayandırmalı və Rusiya ilə münasibətləri yaxşılaşdırmalıdır.

Seçilən
25
nocomment.az

1Mənbələr