Rusiya prezidenti Vladimir Putin Böyük İyirmiliyin Braziliyada keçirilən sammitinə qatılmayacaq.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiyanın G20-dəki səfiri Marat Berdıyev Telegram kanalında yayıb.
Onun sözlərinə görə, tədbirdə Rusiyanın nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək:
“Bu tədbirdə Rusiya nümayəndə heyətinə prezident Putinin adından xarici işlər naziri Lavrov başçılıq edəcək”.
Berdıyev onu da xatırladıb ki, noyabrın 18-dən 19-dək Braziliyanın Rio-de-Janeyro şəhərində dünyanın 20 ən böyük iqtisadiyyatının nümayəndələrinin görüşü keçiriləcək.
Ötən il dekabrın 18-də Braziliya prezidentinin müşaviri Selso Amorim bildirib ki, Cənubi Amerika ölkəsi Putinin 2024-cü ildə Rio-de-Janeyroda keçiriləcək G20 sammitinə gəlməsini istəyir. O qeyd edib ki, Braziliya təşkilata sədr kimi bütün liderləri sammitdə qəbul edəcək.
Musavat.com