Bu arada İqor Strelkovun (Girkin) silahdaşı, hərbi bloger Mixail Polınkov bildirib ki, Rusiyada... əslində “sakit səfərbərlik” gedir. İnsanlar çağırış vərəqələri alırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Kreml Circus teleqram kanalı yazır.
Eyni zamanda o etiraf edir ki, yeni çağırışçılar lazımi hazırlıq keçmir, döyüş vəziyyətini başa düşmürlər və hücum əməliyyatlarına hazır deyillər.
Müqaviləni imzalayanlardan “top yemi” kimi istifadə olunmaqda davam edilir.
Polınkov Rusiya Federasiyasının müharibədəki perspektivlərinə də bədbindir, nə erkən qələbəyə, nə də Kursk vilayətinin saxlanmasına inanmır.
Əli Babayev