AZ

Ceyhun Bayramov COP29 sədrliyinin prioritetləri, xüsusilə iqlim maliyyəsi gündəliyinin tranformasiyası istiqamətində ətraflı məlumat verib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29)Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkilolunan “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masamüzakirələrində iştirak və çıxış edib.

Bu barədə Trend-ə Xariciİşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dəyirmi masa müzakirələrində, həmçinin Pakistanİslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, TacikistanRespublikasının Prezidenti Emoməli Rəhmon, Qırğız RespublikasınınPrezidenti Sadır Japarov və digər yüksək səviyyəli nümayəndələr, ocümlədən beynəlxalq maliyyə institutlarının nümayəndələri, investorvə maliyyə mütəxəssisləri iştirak edib.

Dəyirmi masa müzakirələrində Azərbaycanın COP29 sədrliyi adındançıxış edən nazir Ceyhun Bayramov COP29 sədrliyinin prioritetləri,xüsusilə iqlim maliyyəsi gündəliyinin tranformasiyası istiqamətindəAzərbaycan sədrliyinin fəaliyyəti barədə ətraflı məlumat verib.

İqlim dəyişikliyinin mənfi təsir və nəticələrinin aradanqaldırılmasının çoxtərəfli həll yolları və inklüziv proses tələbetdiyi, dünyanın müxtəlif bölgələrində, 2022-ci ildə Pakistanda,habelə bu yaxınlarda Karib hövzəsi, Hindistan, Banqladeş, Nigeriya,Çad, İspaniya və s. bölgələrdə baş verən ölümcül daşqınlar kimifəlakətlərin müvafiq həll yolları tapılmasını labüd etdiyi diqqətəçatdırılıb.

İqlim dəyişikliyi ilə əlaqəli bu kimi fəlakətlərin nəticələrininaradan qaldırılması istiqamətində Şarm əl-Şeyxdə əldə olunan vəPakistanın G-77 sədrliyi dövrünə təsadüf edən İtki və Zərərə cavabverən Fondun yaradılması ilə bağlı tarixi razılaşmanın əhəmiyyətivurğulanıb.

COP29 sədrliyimizin təbii fəlakətlərin baş vermə riskləriniartıran, insan həyatı və qlobal iqtisadi sabitliyi təhdid edəniqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların yüksəldilməsi vəfəaliyyətin artırılmasına hədəfləndiyi qeyd olunub. Bu istiqamətdə,iqlim maliyyəsi sahəsində mövcud boşluğun aradan qaldırılaraq,inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun şəffaf vəəlçatan mexanizmlərin yaradılmasının maliyyə resurslarının cəlbiqədər vacib olduğu qeyd olunub.

“Yaşıl dünya naminə həmrəylik” çağırışı ilə Bakıda keçirilənCOP29-un iqlim maliyyəsi gündəliyinin transformasiyası baxımındanvacib fürsət olduğu vurğulanıb və bu istiqamətdə COP29-un uğurunadair ümidvarlıq ifadə olunub.

Məqalədə:
Seçilən
18
25
az.trend.az

10Mənbələr