AZ

Livandan uçan pilotsuz təyyarə İsraildə uşaq bağçasının ərazisində partlayıb

Livandan buraxılan pilotsuz təyyarə İsrailin Hayfa şəhərinin ətrafı Neşerdəki uşaq bağçasının ərazisinə düşərək partlayıb.

Oxu24.com xəbər verir  ki, bu barədə Ynet portalı polisdəki mənbəyə istinadən xəbər verir.

“PUA-nın dağıntıları Neşerdəki uşaq bağçasının həyətində tapılıb və strukturda kiçik ziyan aşkar edilib. Xəsarət alan olmayıb”, - məlumatda deyilir.Hadisə ilə bağlı araşdırma aparılır.

 

Noyabrın 12-də İsrailin yeni müdafiə naziri İsrael Katz Livanda atəşkəsin olmayacağını və İsrail ordusunun “bütün müharibə məqsədlərinə” çatana qədər hücuma davam edəcəyini bildirib.

O əlavə edib ki, İsrail terror fəaliyyətinin gücləndirilməsi və qarşısının alınması və münaqişənin məqsədlərinə çatmaq hüququnu təmin edə bilməyən heç bir razılaşma ilə razılaşmayacaq.

Əvvəllər Tayvan Livanda partlayan peycerləri istehsal etdiyini inkar edirdi.

 

Nigar

 

Seçilən
19
oxu24.com

1Mənbələr