AZ

“Bu, pis bir ssenarinin böyük ehtimalla reallaşacağı anlamına gəlir”, D.Medvedev

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya qanadlı raketlərin verilməsi halında münaqişənin ən təhlükəli mərhələyə keçmə riskinin artacağını bildirib. O, “Telegram” kanalında Almaniyada əsas müxalifət partiyası olan Xristian Demokrat İttifaq Partiyasının (CDU) lideri Fridrix Mersin "Kansler seçiləcəyi təqdirdə Rusiyaya müharibəni dayandırmaq üçün ultimatum verəcəyini, bu tələb yerinə yetirilməzsə, Kiyevə Taurus qanadlı raketlərini tədarük edərək uzunmənzilli silahlarla Rusiya torpaqlarına zərbə endirməsinə icazə verəcəyini" ifadə etdiyi bəyanatını şərh edib.

Rusiya rəsmisi adıçəkilən raketlərin müharibənin gedişatını dəyişdirməyəcəyini qeyd edərək "Bu, münaqişənin ən təhlükəli mərhələyə keçmə riskini artırır. Dövlət başçımız Vladimir Putin də bu barədə xəbərdarlıq etmişdi" deyib.

Dmitri Medvedev ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Avropa liderlərinin gərginləşdiyini vurğulayıb: "Avropanın təcrübəli və ağıllı liderləri tarixə çevrildi. Onların yerinə eqosu yüksək olan dəyərsiz şəxslər gəldi. Bu, pis bir ssenarinin böyük ehtimalla reallaşacağı anlamına gəlir."



Seçilən
15
trt.net.tr

1Mənbələr