"Fənərbağça"nın sabiq futbolçusu İngiltərə klubunun "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, Çempionşipdə  mübarizə aparan "Preston North End" Rayan Kenti heyətinə cəlb etmək istəyir. Bu barədə "The Sun" məlumat yayıb.

Klub rəhbərliyi liqada qalmaq uğrunda mübarizədə Kentin əvəzsiz rol oynayacağını düşünür.

Qeyd edək ki, "sarı-lacivərdlilər" ingiltərəli oyunçu ilə 1 ay öncə yollarını ayırmışdı.