AZ

Almaniyaya uçan təyyarədə turbulentlik yarandı - 11 nəfər xəsarət aldı

Argentinanın paytaxtı Buenos-Ayresdən uçan təyyarədə yaranan turbulentlik zamanı 11 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Belə ki, Buenos-Ayresdən Frankfurta uçan “Lufthansa” təyyarəsi Atlantik okeanı üzərindən uçuşu zamanı güclü turbulentliklə qarşılaşıb. Hadisə nəticəsində 11 nəfər - beş sərnişin və altı ekipaj üzvü xəsarət alıb.

Aviaşirkət nümayəndəsinin sözlərinə görə, uçuşun təhlükəsizliyi bir an belə pozulmayıb. Frankfurt hava limanına uğurla endikdən sonra zərərçəkənlər əlavə müşahidə və müalicə üçün dərhal xəstəxanaya aparılıblar.

Seçilən
1880
qafqazinfo.az

1Mənbələr