AZ

Patrik van Anholt “Sparta” ilə anlaşdı

Futbol üzrə Niderland milli komandasının sol cinah müdafiəçisi Patrik van Anholt bundan sonra “Sparta”nın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu ilin yayında Türkiyə çempionu “Qalatasaray”dan ayrılandan bəri işsiz olan futbolçu Rotterdam təmsilçisi ilə anlaşıb.

Holland futbolçu yüksək liqa təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Patrik Van Anholt 2021-ci ilin iyul ayında azad agent kimi “Qalatasaray”la 3 illik müqavilə bağlamışdı. O, İstanbul təmsilçisində 62 oyun keçirib və bu matçlarda 3 qol, 5 məhsuldar ötürmə müəllifi olub. 2023-cü ilin fevral ayında isə o, icarə əsasında PSV-yə üz tutmuşdu. Müdafiəçinin icarə müqaviləsi 2022/2023 mövsümünün sonuna kimi nəzərdə tutulmuşdu. Lakin “Qalatasaray” Anholtun xidmətində maraqlı olmadığı üçün o, 2023/2024 mövsümündə də PSV-də qalmağı üstün tutmuşdu. Patrikin PSV karyerası da 52 oyun, 3 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Patrik van Anholt əvvəllər “Kristal Pelas”, “Sanderlend”, “Vitess”, “Uiqan”, “Lester Siti”, “Nyukasl”, “Koventri Siti” və “Çelsi”də də forma geyinib. Futbolçu Niderland milli komandasında da 19 oyun keçirib. O, bu görüşlərdə məhsuldar fəaliyyəti ilə diqqət çəkə bilməyib.

“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
36
arena.az

1Mənbələr