AZ

Trampa qarşı bir iddia üzrə proseslər təxirə salındı

Nyu-York ştatının hakimi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın porno ulduza pul ödəməsi iddiası ilə bağlı açılmış cinayət işi üzrə icraatı dayandırıb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, hakim Juan Merchan çərşənbə axşamı Ali Məhkəmənin prezidentin toxunulmazlığı ilə bağlı iyul ayında verdiyi qərara görə Trampın məhkumluğunun ləğv edilib-edilməməsinə qərar verməli idi. Noyabrın 26-da Trampa hökm oxunmalı idi.

Manhetten dairəsinin prokuroru Alvin Bragg-in ofisinin prokurorları bazar günü Merchana e-poçt göndərərək, Trampın 5 noyabr seçkilərində qələbəsi və 2025-ci ilin yanvarında andiçmə mərasiminə qədər prosesin dayandırılmasını istəyib.

Prokurorların yazdığına görə, Tramp ofisdən gecikməyə razılıq verməyi xahiş edib. Onlar bildiriblər ki, "xalq bunların görünməmiş hallar olduğu ilə razılaşır". Merchan müraciəti nəzərə alaraq iş üzrə bütün prosesləri noyabrın 19-dək dayandırıb.

 

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr