ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Haitidə iki təyyarənin hücuma məruz qalması səbəbindən ABŞ mülki təyyarələrinin bu ölkəyə uçmasını 30 gün müddətinə qadağan edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə "ABC News" məlumat yayıb.
“ABŞ mülki aviasiyasının Haiti ərazisi və hava məkanında 10 min futdan (3048 metr) az hündürlükdə uçuşları qadağan ediləcək”, - deyə telekanal bildirib.
Xatırladaq ki, Fort Lauderdeyldən (Florida) uçan "Spirit Airlines" təyyarəsi Haitinin paytaxtında eniş etmək istəyərkən vurulduqdan sonra Dominikan Respublikasına yönləndirilib.