AZ

Ekvadorda həbsxanada iğtişaşlar nəticəsində 15 nəfər ölüb

Ekvadorun Quayakil şəhərindəki həbsxanada məhbuslar arasında iğtişaş baş verib, nəticədə azı 15 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Penitensiar Xidməti məlumat yayıb.

“Bu gün (dünən-red) səhər “El Litoral” həbsxanasının xüsusi pavilyonunda məhbuslar arasında ciddi toqquşmalar baş verib. Nəticədə 15 nəfər ölüb, 14 nəfər yaralanıb”, - məlumatda deyilir.

KİV-in məlumatına görə, həbsxananın yaxınlığında yerləşən evlərin sakinləri partlayış və atışma səsləri eşidiblər.

“Penitensiar mərkəz hazırda tam nəzarət altındadır”, - xidmətdən bildirilib.

Qeyd edək ki, son illər Ekvadorda cinayətkarlığın kəskin artması müşahidə olunur. Keçən ilin iyul ayında səlahiyyətlilər eyni gündə baş verən bir neçə iğtişaşdan sonra ölkədəki bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan etmişdilər. Bu il yanvarın 9-da isə ölkə Prezidenti Daniel Noboa ölkədə daxili silahlı münaqişənin mövcudluğunun tanınması haqqında fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə dair göstəriş verib.

Seçilən
36
1
far.az

2Mənbələr