AZ

COP for Hope: COP29 ədalətli enerji keçidi üçün daha bir fürsətdir - IRENA-nın Baş direktoru (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Növbəti həmsöhbətimiz Beynəlxalq Bərpa Olunan EnerjiAgentliyinin (IRENA) Baş direktoru Françesko La Kameraoldu.

La Kamera Trend-ə özəl müsahibəsində bildirib ki, AzərbaycanRespublikasının sədrliyi ilə keçirilən COP29 Paris Sazişininməqsədlərinə uyğun olaraq dünyanı ədalətli enerji keçidi yolunaqaytarmaq üçün daha bir fürsətdir.

"Bura iqlim böhranı ilə mübarizədə inkişaf etməkdə olan ölkələrədəstək olmaq üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyəthədəfinin qəbul edilməsi daxildir", – deyə o bildirib.

La Kamera hesab edir ki, əsas gözlənti, təbii olaraq, maliyyəhədəfi ilə bağlı razılığa gəlmək ola bilər – bu, keçidi tamdəstəkləyəcək miqdarın təmin edilməsi üçün deyil, inkişaf etməkdəolan dünyaya ciddi addımlar atmağa siyasi iradənin mövcudluğubarədə siqnal vermək üçün vacibdir.

"COP – siyasi impulsun yarandığı bir tədbirdir. COP-unözünəməxsus təbiəti var. Bu, ölkələrin bir araya gələrək təcrübəmübadiləsi apardığı, nələri tövsiyə edə və ya vəd edə biləcəkləribarədə düşündüyü və tədbirdən sonra ay ərzində nə edəcəklərinimüəyyənləşdirdikləri bir tədbirdir", – deyə La Kamera bildirib.

IRENA-ya gəldikdə isə, o bildirib ki, təşkilatın "Transition forAdvanced Platform" və "Accelerated Partnership for Renewables inAfrica" adlı təşəbbüsləri mövcuddur.

"Bu il artıq dördüncü dəfədir ki, Bakıdayam. Biz “Üçlük”, yəniCOP29, COP28 və COP30 sədrlikləri ilə birlikdə izləməhesabatlarımızı hazırlayır və təqdim edirik. Həmçinin "World EnergyTransitions Outlook" hesabatını təqdim etdik. Bu, bizim əsashesabatımızdır və burada keçid, texnologiyalar, siyasət vəsosial-iqtisadi faydalar barədə məlumat veririk", – deyə obildirib.

IRENA-nın Baş direktoru qeyd edib ki, izləmə hesabatı çoxvaxtında təqdim olunub və Azərbaycanla əməkdaşlığınınnəticəsidir.

Hesabatda deyilir ki, COP29-da iqlim maliyyəsi üzrə yenikollektiv kəmiyyət hədəfinin razılaşması iqlim dəyişikliyi iləmübarizə tədbirləri üçün maliyyə dəstəyinin gücləndirilməsi vəölkələr üzrə iddialı milli töhfələr üçün ruhlandırıcı rol oynamaqbaxımından həyati əhəmiyyət kəsb edəcək.

2025-ci il üçün müəyyənləşdirilmiş milli töhfələr (NDC 3.0)mövcud bərpa olunan enerji hədəflərini iki dəfədən çoxaşmalıdır.

"Maliyyə, xüsusən formalaşmaqda olan bazar iqtisadiyyatları vəinkişaf etməkdə olan iqtisadiyyatlar (EMDE) üçün ölkə risklərininvə valyuta məzənnəsi risklərinin azaldılması, həmçinin güzəştlimaliyyə və qrantların daha geniş əlçatanlığının təmin edilməsi ilədaha əlverişli şərtlərlə mövcud olmalıdır.

Hökumətlər enerji sektorunun pul axınlarını gücləndirmək vədövlət xərcləri və beynəlxalq qrantlar şəklində dövlət maliyyəsinicəlb etmək üzərində işləməlidir. Layihələrin müsbət təsirpotensialı maliyyələşdirmə üçün qiymətləndirmələrə daxiledilməlidir", – deyə IRENA-nın hesabatında qeyd olunur.

Daha sonra La Kamera vurğulayıb ki, IRENA Azərbaycan rəhbərliyiilə birlikdə Mərkəzi Asiya üçün mümkün bir təşəbbüs üzərində dəişləyəcək.

"Biz Bakı Enerji Həftəsi çərçivəsində Bakıda investisiyaforumunun təşkil ediləcəyini elan edəcəyimiz tədbir üzərindəişləyəcəyik. Beləliklə, əməkdaşlığımız çox səmərəli görünür", –deyə o əlavə edib.

COP
COP
COP
COP
COP
COP
Seçilən
46
2
az.trend.az

3Mənbələr