"Bavariya"nın mərkəz müdafiəçisi Erik Dayer tezliklə İngiltərəyə qayıda bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "TBR Football"-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun Münxen nəhəngi ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.
İngiltərənin "Brayton", "Brentford" və "Vulverhempton" klubları futbolçunun vəziyyətini izləyirlər.
Hər üç klub gələn il futbolçunu transfer etmək imkanını nəzərdən keçirir.
Adı açıqlanmayan MLS təmsilçilərindən də Dayerə maraq var.