Türkiyə NATO-ya İsveçin üzvlük təsdiqinin gələn həftə keçiriləcək NATO xarici işlər nazirləri toplantısı üçün vaxtında tamamlanmayacağını bildirib. Gununsesi.info xəbər verir ki, “Reuters”ə danışan iki mənbə, İsveçin NATO toplantısında iştirak mərasiminə icazə vermək üçün Türkiyə Böyük Millət Məclisində səsvermənin vaxtında tamamlanmayacağını deyib.Noyabrın 28-29-da Brüsseldə keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısının İsveçin hərbi alyansa daxil olmasını qeyd edəcəyi gözləntiləri var idi.Ötən həftə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməni gələcək danışıqlar üçün təxirə salıb.İsveç və Finlandiya keçən il Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra NATO-ya üzv olmaq üçün müraciət etmişdi. Türkiyə prezidenti Tayyib Ərdoğanın iki ölkənin üzvlüyünə etiraz etməsi, terror təşkilatı üzvlərinin ekstradisiyasını və silah embarqolarının qaldırılmasını tələb etməsi NATO daxilində böhran yaradıb.Daha sonra Türkiyə apreldə Finlandiyanın üzvlüyünü qəbul edib, lakin İsveçə etirazlar davam edib. Türkiyənin tələbləri istiqamətində addımlar atan İsveç baş naziri Ulf Kristersson ötən ay “NATO-ya üzvlük prosesimizin tezliklə yekunlaşacağına” inandığını deyib. “Türkiyə ilə əldə olunan razılaşma ilə bağlı artıq edə biləcəyimiz heç bir şey yoxdur”, – deyə o əlavə edib.Qeyd edək ki, İsveçin üzvlüyü parlamentin plenar iclasına çıxarılmazdan əvvəl xarici əlaqələr komissiyası tərəfindən təsdiq edilməli və Ərdoğan tərəfindən imzalanmalıdır.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta