AZ

General Həsənovun məhkəməsi başladı

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Gununsesi.info-nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Tərəflər indiki mərhələdə hər hansı vəsatət qaldırmayıblar.Baxış iclası dekabrın 4-nə təyin edilib.Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.  Gununsesi.info

Seçilən
151
14
gununsesi.info

10Mənbələr