AZ

“COP-29-un Bakıda keçirilməsi təsafüfi deyil” - Kayrat Osmanaliyev - VİDEO

\"Bu günlərdə Azərbaycanın paytaxtı Bakıda beynəlxalq qlobal COP-29 tədbiri keçirilir. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycan enerji təhlükəsizliyi baxımından lider ölkədir. Azərbaycan neft ölkəsi olmaqla yanaşı yaşıl enerji baxımından beynəlxalq layihələr həyata keçirir. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə də yaşıl iqtisadiyyata dəstək olur. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri, siyasi şərhçi Kayrat Osmanaliyev deyib. 

O, Qırğızıstanın da yaşıl dünya naminə həmrəyliyə qoşulduğunu bildirib: \"Qırğızıstan yaşıl dünya naminə təbiətə, atmosferə neqativ müdaxilənin qarşısını almaq üçün əlindən gələni edir. Ölkə olaraq yaşıl dünya naminə bir sıra layihələr həyata keçirirk. Həyata keçirdiyimiz ən qlobal layihələrdən biri son il ərzində 7 min ağacın əkilməsi olub. Bu haqda bir çox BMT ölkələrinin meydanlarında elanlar, çağırışlar edilir ki, burada da da məqsəd ölkənin yaşıl iqtisadiyyatına zərər verməyək, neqativləri aradan qaldıraq”.

Azərbaycan da dağlıq ölkə sırasında olduğunu deyən eks səfir, bütün bunlara görə də təbiətdə baş verən bir sıra dəyişikliklər-buzlaqların əriməsi, torpaq sürüşmələri və bu kimi halların qarşısını almaq üçün tədbirlər görüldüyünü deyib.

Eks-səfir həmçinin COP-29 zamanı üçlü dialoqun baş tutacağını bildirib: 

\"COP29 meydanında Azərbaycan, Qırğızıstan və Monqolustan prezidentlərin üçlü dialoqu olacaq ki, burada dağlıq ölkələrdə atmosferə mənfi təsir edən amillər müzakirə olunacaq. Burada əsas məqsəd yaşıl iqtisadiyyatın inkişafına müsbət təsir göstərməkdir”.

Günel Hüseynli
Seçilən
11
azxeber.com

1Mənbələr