Bir nəfər Həzrət Muhəmməd Peyğəmbərin yanına gəlib kimə daha çox yaxşılıq etməli olduğunu soruşdu. Peyğəmbər "anana" dedi. O şəxs "sonra kimə?" deyə yenə soruşdu. Peyğəmbər yenə "anana" söylədi. Adam təkrar "daha kimə?" deyə sual etdi. Allah Rəsulu yenə "anana" buyurdu. Şəxs bir də eyni sualı verdi. Peyğəmbər bu dəfə "atana" dedi. Şəxs dayanmayıb yenə eyni sualı təkrar etdi. Allah Elçisi bu dəfə isə buyurdu:" Sonra sənə yaxınlıq sırasına görə əqrabalarına..."
Müsnəd-i İmam Zeyd, 663-cü hədis
Həzrət Əli buyurmuşdur: "Ana və ataya yaxşı davranmaq, onları yoluxmaq, ziyarət etmək, onlara baxmaq ruzinizin artmasına və evlərinizdə xoşbəxtliyə, şadimanlığa səbəb olacaq. Dünyada yaxşılıq əhli olan Axirətdə də yaxşılığa tuş gələr."
Müsnədi İmam Zeyd, 656-cı hədis
Tural İrfan, ilahiyyatçı