AZ

Sumqayıtda ailə üzvləri zəhərləndilər: Biri azyaşlıdır

Sumqayıtda biri azyaşlı olmaqla üç nəfər dəm qazından zəhərlənib.

Hurriyyet.az xəbər verir ki, hadisə şəhərin Stansiya Sumqayıt ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (APA)

Seçilən
13
25
hurriyyet.az

10Mənbələr