İsrail ordusu son sutka ərzində Hizbullah və HƏMAS-ın 120-dən çox obyektinə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İsrail ordusu son 24 saat ərzində Livan və Qəzza zolağında Hizbullah və HƏMAS-ın 120-dən çox hədəfinə hücum edib. Həmçinin Livanın cənubunda yerüstü əməliyyat zamanı yaşayış və kommunal otaqların yerləşdiyi yeraltı tunel aşkar edilib.
Bundan əlavə, Qəzza zolağında HƏMAS-ın bir dəstəsi məhv edilib, onların arasında 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücumda iştirak edən təşkilatın yaraqlısı Yaser Qandi də var.
Xuraman Etibarlı
İnterpress.az