AZ

Azərbaycan komandaları altı gün ərzində 8 oyun keçirəcəklər

Altı gün ərzində Azərbaycanın futbol üzrə əsas və yeniyetmə milliləri növbəti rəsmi oyunlarını keçirəcəklər.

İdman.biz xəbər verir ki, ümumilikdə səkkiz qarşılaşma olacaq.

U-19 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldovada yerli komanda ilə yanaşı, İslandiya və İrlandiya ilə mübarizə aparacaq. Elxan Abdullayevin yetirmələri yarışa bu gün İslandiya ilə oyunla başlayacaqlar.

U-17 millimiz isə növbəti Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rumıniyada yerli komanda ilə yanaşı Macarıstan və Yunanıstanla da qüvvəsini sınayacaq. İlham Yadullayevin yetirmələri yarışa bu gün Macarıstanla oyunla başlayacaqlar.

Noyabrın 16-da U-19 və U-17 komandaları, həmçinin UEFA Millətlər Liqasında çıxışını davam etdirən əsas milli növbəti oyunlarını keçirəcəklər.

Nəhayət, noyabrın 19-da hər üç komanda qrupda son matçlarını oynayacaqlar.

13 noyabr

14:00 Azərbaycan U-19 - İslandiya U-19 (Zimbru-2 stadionu, Kişinyov)

14:00 Macarıstan U-17 - Azərbaycan U-17 (Arsenal stadionu, Tunari)

16 noyabr

14:00 İrlandiya U-19 - Azərbaycan U-19 (Zimbru-2 stadionu, Kişinyov)

14:00 Yunanıstan U-17 - Azərbaycan U-17 (Arsenal stadionu, Tunari)

18:00 Azərbaycan - Estoniya (Qəbələ şəhər stadionu)

19 noyabr

14:00 Azərbaycan U-17 - Rumıniya U-17 (Rumıniya Milli Futbol Mərkəzinin stadionu, Buftea)

15:00 Moldova U-19 - Azərbaycan U-19 (Zimbru stadionu, Kişinyov)

23:45 İsveç - Azərbaycan (Friends Arena, Solna)

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr