19 yaşadək futbolçulardan ibarət Azərbaycanın millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, 7-ci qrupda yer alan yığmamız bu gün ilk oyununu keçirəcək.
Elxan Abdullayevin baş məşqçisi olduğu komanda açılış matçında İslandiya ilə üz-üzə gələcək.
Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, U-19 İslandiyadan başqa, noyabrın 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.
Avropa çempionatı, seçmə mərhələ
7-ci qrup
13 noyabr
14:00. Azərbaycan – İslandiya
Hakimlər: Devid Dikinson, Kreyq Ferqyuson (hər ikisi Şotlandiya), Gennadi Lisita, İqor Boşka (hər ikisi Moldova).
Kişinyov, "Zimbru-2" stadionu.