AZ

 İqlim dəyiklikləri problemi: COP 29-da bütün ölkələr iştirak etməlidir

Ötən illər ərzində Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Vaxtı ilə BMT Təhlükəsizlik Şurasının üzvü, Qoşulmama Hərəkatının sədri seçilən Azərbaycanı dünya birliyi COP29 kimi nüfuzlu iqlim konfransının ev sahibi kimi dəstəkləndi. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında olmasını bir daha təsdiqlədi. Hazırda COP29-a ev sahibliyi edən Azərbaycan qlobal iqlim dəyişikliyinə öz ciddi töhfəsini verməkdədir. Cənubi Qafqaz və MDB məkanında ilk dəfə COP-un məhz Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Regionun qalib və lider ölkəsi kimi Azərbaycanın yaşıl gündəliyi də olduqca zəngindir. İqlim dəyişikliyi ilə mübarizəyə dair ölkəmizin irəli sürdüyü təşəbbüslər təqdir olunur. Azad olunmuş ərazilərin yaşıl enerji potensialının inkişaf etdirilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir. 30 illik işğal dövründə Ermənistan tərəfindən “boz zona”ya çevrilən Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialı ilə öz töhfəsini verir və beynəlxalq platformalarda müzakirə olunur. Beləliklə, COP29 iqlim müzakirələri ilə yanaşı, həm də ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa edən Azərbaycanın sabitləşdirici faktor və regionun iqtisadi drayveri kimi təqdimatı olacaq.

Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, 11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünməyə başlanıb.
Deputatın sözlərinə görə, Bakı COP 29 beynəlxalq konfransı keçirməyə tam hazırdır: 

"Bu konfrans ilk növbədə dünya əhəmiyyətlidir. Çünki, elə bir ölkə yoxdur ki, iqlim dəyişiklikləri ilə qarşılaşmasın və təhlükəni gözləməsin. Dünya o qədər də böyük deyil. Təbiətin dəyişilməsi yer kürəsinin hər bir üzvünə təsir göstərir. Yerin bir tərəfində yağıntılar, digər tərəfində quraqlıqlar, buzlaqların əriməsi nəticəsində okeanların səviyyəsinin qalxması suyun səviyyəsinin qalxması və ada ölkələrin suyun altında qalma təhlükəsinin yaranması iqlim dəyişikliklərin fəsadlarıdır. Bu baxımdan Bakıda keçirləcək COP 29 dünya ictimaiyyətinin hər bir üzvü üçün çox vacibdir. Amma çox təəssüf ki, dünyada iqlim dəyikliklərinə ən çox təsir göstərən bəzi Qərb ölkələri qlobal həmrəylikdən yayınmaq üçün müxtəlif bəhanələrlə COP 29-da iştirak etmək istəmirlər. Bu bir daha həmin ölkələrin fəaliyyətinin dünyanın sonuna gətirməsi prosesini sürətləndirməsindən irəli gəlir. Biz Bakıda İqlim maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasını və bu Fonda maliyyələr yığaraq iqlim dəyikliklərdən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ada ölkələrinə yardımların edilməsini təklif edirik. Amma müharibələri alovlandıran, öldürücü silahları  tədarük edən, sənaye müəsisələri ilə iqlimi ən çox çirkləndirənlər İqlim maliyyəsini ödəmək istəmirlər".

Parlament üzvü vurğulayıb ki, iqlim dəyiklikləri qlobal problemdir və bu problemin həll olunması üçün qlobal həmrəylik əldə olunmalıdır: 
"Hesab edirəm ki, COP 29-da bütün ölkələr iştirak etməlidir. Hətta iştirak etməyən ölkələr də iqlim maliyyəsini ödəməlidirlər. Bakıda keçirləcək COP 29-da 11 gündə bu məsələlər ətrafında müzakirələr aparılaraq əhəmiyyətli qərarlar qəbul olunacaq. COP 29-un Azərbaycan üçün də əhəmiyyəti böyükdür. İqlim dəyimələri ölkəmizdən də yan keçmir. Xəzər dənizi sürətlə quruyur. Yağıntıların normadan az olması çaylarda suyun səviyyəsini azaldır. Bu, həm aqrar sektorun inkişaf etdirilməsində, həm də gələcəkdə şirin su ehtiyatları ilə bağlı çətinliklər yaradacaq. Ona görə də Xəzər regionunda iqlim dəyiklikləri ilə bağlı kompleks tədbirlər görülməlidir. COP 29-un birbaşa ölkəmiz üçün əhəmiyyəti də böyük olacaq. Ölkəmizin siyasi mövqeləri möhkəmlənəcək, dostlarımızın sayı artacaq, ədalətli mövqeyimizlə dünya ictimaiyyəti yaxından tanış olacaq və ölkəmizə qarşı qarayaxma kampaniyaları aparanların ikiüzlülüyü və riyakarlığı ifşa olunacaq".

A.Badamov bəyan edib ki, COP 29-un iqtisadi əhəmiyyəti də böyükdür: 
"Turizm sektorunun sıçrayışlı inkişafına yeni bir impuls verəcək. O cümlədən yeni iş yerlərinin yaranmasını da şərtləndirəcək. Həm də ölkəmizin bərpa olunan enerji sektoru və qeyri-neft sektorun digər sahələrinə investisiyaların axmasına töhfə verməsini şərtləndirəcək. Belə ki, biz COP 29-un ölkəmiz üçün əhəmiyyətinin uzun müddətli olacağını da görəcəyik. Biz bunu  ölkəmizin güclənməsi, nüfuzunun artması və mövqelərimizin möhkəmlənməsi ilə müşahidə edəcəyik".
Seçilən
16
sherg.az

1Mənbələr