AZ

Ermənistan Xəzəri çirkləndirir

Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olur.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Ermənistan münaqişə dövründə Azərbaycanla transsərhəd çaylarını genişmiqyaslı şəkildə çirkləndirib:

"Ermənistanın çirkləndirdiyi çaylara Oxçuçayı misal göstərmək olar. Onlar tullantıları, zərərli maddələri bu sulara axıtmaqdadır. Bu istiqamətdə Azərbaycan tərəfindən arbitraj prosesi başlanılıb və Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçirilməkdədir”.

Seçilən
76
6
publika.az

8Mənbələr