AZ

Kəlbəcər rayonunun arxeoloji tapıntıları ŞƏRH

Azərbaycan Respublikası dünyada özünün iqlim qurşağı, coğrafi mövqeyi ilə kifayət qədər şöhrət qazanmış bir dövlətdir. Eyni zamanda, Azərbaycan ərazisi arxeoloji tapıntılara görə də dünyada özünəməxsus yer tutur. Burada qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. Arxeoloji baxımdan zəngin olan bölgələrimizdən biri də Kəlbəcər rayonudur.Kəlbəcərə 8 avqust 1930-cu ildə inzibati rayon statusu verilmişdir. Rayon 1993-cü il aprel ayının 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən noyabr ayının 25-də Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Bu ərazi ilk insan məskənlərindən biridir. Lakin erməni vandalları buranı 1993-cü il aprel ayının 3-də işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini vəhşicəsinə məhv ediblər. Erməni vəhşiləri tərəfindən məhv edilən tarixi əhəmiyyətli abidələrimizin siyahısına Qanlıkənd ərazisində Lök qalası, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Həsən Cəlal kilsəsi, Qaraçanlı kəndinə Uluxan qalası, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi daxildir.Kəlbəcərdə Zar açıq düşərgəsində aparılmış arxeoloji tədqiqatlar əsasısında ibtidai insanlara məxsus əmək alətləri tapılmışdır. Bu düşərgə Paleolit dövrünə aid çox əhəmiyyətli bir abidədir. Mağara Kəlbəcər rayonunun Zar kəndinin qərb tərəfində yerləşir. Zar mağarası Üst Paleolit dövründə insanlıqdan əvvəlki yaşayış yerinin arxeoloji məkanıdır. Мağara, xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və başqa alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu müəyyən edilmişdir. Bir-birini əvəz edən bu təbəqələrin yalnız dördündə maddi mədəniyyət qalıqlarının olduğu müəyyən edilmiş, mədəni təbəqələrdən ona yaxın əmək aləti aşkar olunmuşdur. Zar mağarasının əmək alətləri tipoloji və texnoloji səviyyəsinə, qəlpələrin morfologiyasına görə Мustye mədəniyyətinin ikinci mərhələsini və Мustyedən Üst Paleolitə keçidi əks etdirir. 1981–1987-ci illər ərzində Kəlbəcər rayonunda aparılan bir arxeoloji kampaniya zamanı kəşf edilmiş lövhələrdəki çuxur izləri buğdanın üyüdülməsində istifadə olunduğunu göstərir. Bu lövhələr Tağlar mağarasında tapılanlara bənzəyir. Hər iki mağaradakıların eyni qrupa aid olduqları və ya qohum olduqları və qarşılıqlı əlaqədə olduqları güman edilir. Tağlar mağarasında istehsal olunan çox sayda əsər və əşyalar Zar yerində istifadə edilmişdir.Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında məskunlaşma başa çatıb. Məskunlaşmanın başa çatdığı ərazilərdən biri də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində yerləşən Xoləzəy kəndidir. Xoləzəy Alxaslı kəndi Uluxan çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir.Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan, Gəlinqaya və Kəlbəcərin digər ərazilərində qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və şamanlıq təsvir olunub. Bu ərazilərdən biri də Qoçdaşdır. Qoçdağ Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağdır. Tərtər çayı və onun qolu Tutqunçayın suayrıcındadır. Yerli əhali arasında Qoçdaş dağı, Qoçdağ yaylağı da adlanır. Dağın ətəyində daşdan yonulmuş qoç formalı qəbirüstü abidələr olan Qoçdaşlı adlı qədim qəbristan mövcuddur. Dağ bu abidələrə görə belə adlandırlmişdir.Kəlbəcər ərazisində ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun Qaragöl və Zalxa gölləri sahillərində, Ayıçınqıllı və Pəriçınqıllı dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşa malik olan bu tikilinin divarları qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin.Lalə SəlimzadəYAP Yasamal rayon təşkilatının fəalı

Seçilən
196
sesqazeti.az

1Mənbələr