AZ

Azərbaycanın COP29-a sədrliyi iqlim fəaliyyətinə yardım etməyi hədəfləyir - Muxtar Babayev

Bakı. Trend:

Azərbaycanın COP29-da sədrliyi iqlimlə bağlı fəaliyyətdəirəliləyişə nail olmaq, nəinki Paris Sazişində müəyyən edilmişməqsədlərə nail olunmasını təmin etmək, həm də onların həyatakeçirilməsini sürətləndirmək məqsədi daşıyır.

Trend xəbərverir ki, bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya vətəbii sərvətlər naziri Muxtar Babayevin COP29 çərçivəsindəkeçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaqrifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlıtədbirdə deyib..

Qeyd edək ki, müraciəti Azərbaycan Respublikası xarici işlərnazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyevoxuyub.

"Birlikdə, COP28, COP29 və COP30 liderləri olaraq, biz iqlimdəyişikliyinin aktual çağırışına qlobal reaksiyaya rəhbərlik etməköhdəliyimizdə həmrəyik. COP29-un Sədrliyinin üzərinə götürmək bütünölkələrimiz üçün həm imtiyaz, həm də əhəmiyyətli məsuliyyətdir.Vizyonumuz ambisiyalı, ədalətli və dürüstdür və qətiyyətlifəaliyyətin təcili ehtiyacına əsaslanır.

Azərbaycan 2024-cü ili “Yaşıl Dünya üçün Həmrəylik İli” elanedib ki, bu da qlobal çağırışların yalnız birgə səylər vəmissiyanın dəstəyi ilə aradan qaldırılmasına inamımızı əks etdirir.Həmrəylik sadəcə bəyannamə deyil, bizim üçün rəhbər prinsipdir.Azərbaycanın COP29-da sədrliyi iqlimlə bağlı fəaliyyətdəirəliləyişə nail olmaq, nəinki Paris Sazişində müəyyən edilmişməqsədlərə nail olunmasını təmin etmək, həm də onların həyatakeçirilməsini sürətləndirmək məqsədi daşıyır.", - o bildirib.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri(COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30)daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
21
3
az.trend.az

1Mənbələr