Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) COP29 günlərində artansərnişin tələbatını təmin etmək məqsədilə 17 noyabr tarixindəBakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyinedib.
ADY-dən Trend-ə verilənməlumata görə, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakıqatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfəredə bilər.
Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyəolunub ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkətintensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfərsaatından ən azı 2 saat öncə gəlsinlər.
Sərnişinləri yola salan və ya qarşılayanlar isə vağzal ərazisinəmaksimum dərəcədə daxil olmamağa çalışmalıdırlar.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryolvağzallarının kassalarından, qurumun saytından (www.ady.az), “ADY Mobile”(www.ady.az/app) tətbiqindən və ya7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edəbilərsiniz", - məlumatda qeyd olunur.