AZ

İqlim dəyişikliyi kiçik ölkələrə çox mənfi təsir göstərir - Kiçik Ada Dövlətləri Alyansı

Bakı.Trend:

Karib dənizi ölkələrində insanların qazancı inkişaf edənölkələrlə müqayisədə azdır.

Trend xəbər verir ki, bunuCOP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un rəsmi logistika üzrətərəfdaşı olan “Rhenus” şirkəti tərəfindən birgə panel sessiyasındaKiçik Ada Dövlətləri Alyansının sədrinin iqlim diplomatiyasıkomandasının rəhbəri Rueanna Haynes deyib.

O bildirib ki, onlar kredit belə almaqda çətinlik çəkirlər.

“Karib dənizi ölkələri iqlim dəyişikliyinə təsir edən ölkələrdeyil. Lakin iqlim dəyişikliyindən əziyyət çəkirlər. Dəyişiklikliyəadaptasiya üçün kreditlər alırlar. İqlim dəyişikliyi kiçik ölkələrəçox mənfi təsir göstərir. Onlara maliyyə ayrılmalıdır ki, ayaqdaqala bilsinlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
12
2
az.trend.az

3Mənbələr