AZ

Müqəddəs Taxt-Tac COP29-da ədalətli iqlim fəaliyyətinə çağırır

Bakı. Trend:

Mən Müqəddəs Taxt-Tacın xüsusən də inteqral ekoloji təhsilsahəsində sadiqliyini və dəstəyini bir daha təsdiq edirəm.

Trend xəbərverir ki, bunu COP29 sammiti çərçivəsində çıxışı zamanı MüqəddəsTaxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin deyib.

P.Parolin zəngin ölkələri "keçmiş qərarlarının çoxununciddiliyini dərk etməyə" çağırıb və onları heç vaxt ödəyəbilməyəcək ağır borcu olan ölkələrin borclarını silmək barədədüşünməyə çağırıb.

"Bu, səxavət məsələsindən daha çox, ədalət məsələsidir" - deyənParolin, hərəkətə başlamağa çağırışın birbaşa Papa Fransiskdəngəldiyini vurğulayıb.

“Xüsusilə artıq böyük iqtisadi borcla yüklənmiş bir çoxölkələrin inkişaf və uyğunlaşma potensialını daha da sarsıtmayanhəllər tapmaq üçün səylər göstərilməlidir”, deyən kardinal iqtisadivə ekoloji borcları “eyni medalın iki üzü” adlandırıb.

O vurğulayıb ki, tarixi kommersiya balanssızlıqları ekolojiproblemlərə, qlobal Cənuba qeyri-mütənasib şəkildə təsir edəngərginliklərə səbəb olub.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
38
2
az.trend.az

3Mənbələr