Hizbullahın silah anbarları və infrastrukturu məhv edilib.
Milli.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
24 saat ərzində İsrail Müdafiə Qüvvələri (IDF) Livandakı Hizbullah hərəkatının və Qəzza zolağında Fələstinin Həmas hərəkatının 120-dən çox hədəfinə hücum edib.
Qeyd olunur ki, İsrail qüvvələri Livanda onlarla buraxılış qurğusunu, o cümlədən çərşənbə axşamı İsrailin şimal və mərkəzi ərazilərini atəşə tutan qurğuları məhv edib.
Öldürülən radikallar arasında, hesabata görə, 7 oktyabr 2023-cü il hadisələrində iştirak edən Yasir Qandi də var.
Nərmin Mahmudova
Milli.Az