AZ

Elxan Məmmədovun “Qara işi”

Sentyabrda “Neftçi” ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən Qara Qarayevin yaxınlarda “Araz-Naxçıvan”la anlaşması böyük rezonans doğurdu.

İdman.biz xəbər verir ki, karyerasını bitirməyə hazırlaşan yarımmüdafiəçinin Muxtar Respublka təmsilçisinə yolunun açılması gözlənilməz oldu.

“Qarabağ”ın yetirməsinin “u” dönüşünü Elmar Baxşıyev öz adına çıxdı. Baş məşqçi iddia etdi ki, dayaq yarımmüdafiəçisinin keçidi təşəbbüsü ondan gəlib.

Bu, belədirmi? Təəssüf ki, Baxşıyev yenə yalan danışıb.

Nadir hallarda mediaya səmimi açıqlamalar verən çalışdırıcı “Qara işi”ndə də həqiqətin üstünü örtüb. Amma gerçəyin üzə çıxması üçün bu dəfə heç 40 gün gözləməyə də ehtiyac qalmadı.

Qarayevin “Araz”a gəlişini 2007-2022-ci illər aralığında AFFA-nın baş katibi və icraçı vitse-prezidenti postunda çalışmış Elxan Məmmədov təşkil edib.

Noyabrın 1-də FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyinat alan funksionerin “Araz”a təsir rıçaqları çox böyükdür.

O, klub rəhbərliyi ilə yaxşı münasibətdədir. Elə Baxşıyevin əsas dəstəkçilərindən biri də Məmmədovdur.

Uzun illər ərzində AFFA-nı de-fakto təkbaşına idarə eləmiş fiqurant bu əlaqələrindən Qaranın məçələsində yararlanıb.

Məhz onun göstərişi əsasında Baxşıyev hərəkətə keçib, yoxsa özünün əvvəldən belə bir niyyəti olmayıb.

“Qəbələ”nin sabiq çalışdırıcısı Qarayevin xidmətinə maraq göstərsəydi, FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin sabiq direktorunun təlimatını gözləməzdi.

Çünki millinin sabiq üzvü 3 aydan artıq idi ki, Premyer Liqadan uzaq düşmüşdü və Baxşıyev onu gətirən idisə, elə həmin vaxt gətirərdi də, daha bu qədər vaxtı niyə boş yerə ötürürdü ki? (Sportinfo.az)

İdman.biz

Seçilən
16
1
idman.biz

2Mənbələr