AZ

Hansı yaşda siqareti tərgitmək ömrü nə qədər uzada bilər? -ARAŞDIRMA

Alimlər siqaretlə bağlı maraqlı araşdırma aparıblar. Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, 35, 45, 55, 65 və 75 yaşlarında siqareti tərgitmək ömrü səkkiz ildən yeddi aya qədər uzada bilir. Tədqiqatın nəticələri American Journal of Preventive Medicine jurnalında dərc olunub.

Tütünün sağlamlığa təsiri ətraflı araşdırılıb və Ümumdünya Səhiyyə Təşkilatı geniş yayılan tütün epidemiyasını əhalinin sağlamlığı üçün ən ciddi təhlükələrdən biri kimi tanıyıb. Siqaret tüstüsünün tərkibində demək olar ki, hər bir orqana zərər verən və çoxsaylı xərçəng növləri, insult, ürək və ağciyər xəstəlikləri ilə əlaqəli minlərlə zəhərli kimyəvi maddə var. Bundan əlavə, nikotin asılılığı müxtəlif səbəblərdən vaxtından əvvəl ölüm riskini artırır. Ən böyük ölüm riski uzun müddətli siqaretdən istifadədən qaynaqlanır.

"Elm adamları siqareti tərgitməklə neçə il və ya ay həyat qazanıla biləcəyini öyrənmək üçün 35-75 yaş arası siqaret çəkənlərin, eləcə də eyni yaş kateqoriyasından olan siqaret çəkməyən könüllülərin sağlamlıq və həyat tərzini təhlil ediblər. Məlum olub ki, 35, 45, 55 və 65 yaşlarında bu pis vərdişdən qurtulmaq insana əlavə olaraq müvafiq olaraq 8,0, 5,6, 3,4 və 1,7 il ömür “verə” bilər. 75 yaşında siqareti buraxanlar isə daha 7 ay artıq ömür sürməsini gözləyə bilərlər.

Tural

Seçilən
40
7
news365.az

7Mənbələr