AZ

COP29 kiçik ada ölkələrinin iddialı iqlim hədəflərini dəstəkləyir - Muxtar Babayev

Bakı. Trend:

İnkişaf etməkdə olan kiçik ada dövlətləri məhdud resurslarabaxmayaraq, iddialı hədəflər qoyaraq liderlik nümayişetdirdilər.

Trend xəbər verir ki, bubarədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbiisərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçiriləninkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində (SIDS)çıxışı zamanı bildirib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29 Konfransı siziniştirakınızı dəstəkləyən və səslərinizi ən yüksək səviyyəyəqaldıran əlverişli konfrans kimi nəzərdə tutulub. Biz COP29 zamanıvə sonrakı dövrdə tərəfdaşlığın qurulmasını səbirsizlikləgözləyirik", - o qeyd edib.

M.Babayev bildirib ki, Azərbaycan kiçik ada dövlətləri iləəməkdaşlığa hazırdır.

"Birlikdə daha ekoloji cəhətdən təmiz bir dünyaya doğruirəliləyə bilərik", o qeyd edib.

"Yeni kollektiv hədəfə gəldikdə, biz açıq şəkildə bildirdik ki,bu, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını vəprioritetlərini, həmçinin, qabaqcıl ölkələrin sxemlərini vəsiyasətini nəzərə almalıdır. Biz, həmçinin, detallı və keyfiyyətlisübutların vacibliyini eşitdik. Biz COP29-da beynəlxalq maliyyəinstitutlarının və çoxtərəfli inkişaf banklarının rəhbərləri iləəlçatanlığın əhəmiyyətini qaldırmağa davam edəcəyik", - nazir əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
39
3
az.trend.az

4Mənbələr