AZ

Rusiya 2060-cı ilə qədər karbon neytrallığına çatmağı planlaşdırır - Mixail Mişustin

Bakı. Trend:

Rusiya 2060-cı ilə qədər karbon neytrallığına çatmağıplanlaşdırır.

Trend xəbərverir ki, bunu COP29 çərçivəsində çıxışı zamanı Rusiyanın başnaziri Mixail Mişustin deyib.

"Biz enerji səmərəliliyinin artırılmasına, elektriknəqliyyatının inkişafına və kənd-meşə təsərrüfatında müasirhəllərin tətbiqinə diqqət yetiririk", - o bildirib.

Mişustinin sözlərinə görə, Rusiya gələcək nəsillərin rifahınıtəmin etmək məqsədilə qlobal iqlim dəyişikliyinə qarşı beynəlxalqictimaiyyət tərəfindən həyata keçirilən tədbirlərdə fəal iştirakedir.

"Biz 1990-cı ildən bəri istixana qazı emissiyalarınınsəviyyəsinin yarıdan çoxunu azaltmağa nail olmuşuq. Rusiyada enerjibalansının 85 faizi artıq təmiz, aşağı qiymətli istehsaldan əldəedilir. Ancaq bu, ilk növbədə bərpa olunan mənbələrdən əldə edilənqaz və nüvə enerjisidir. Biz sənayeləri karbonsuzlaşdırmaq üçün öztexnologiyalarımızı və istehsal gücümüzü genişləndiririk", -M.Mişustin qeyd edib.

O, ölkənin təbii imkanlardan da istifadə etdiyinivurğulayıb:

“Biz dünya meşə ehtiyatlarının beşdə birinə malikik və ildə 1milyard tondan çox karbon qazı ekvivalentini uduruq".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
14
1
az.trend.az

2Mənbələr