AZ

Tbilisidə Gürcüstan Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirilib

Tbilisidə müxtəlif qeyri-hökumət təşkilatlarını və müxalifət partiyalarını təmsil edən bir neçə qadın Gürcüstan Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirib.

Oxu24.com  xəbər verir ki, onlar ölkədə keçirilən parlament seçkilərinin nəticələrini tanımadıqlarını bəyan edirlər.

Agentliyin müxbirinin verdiyi məlumata görə, Gürcüstan paytaxtının sakinləri Mərkəzi Seçki Komissiyasının həyətinə girməyə cəhd etsələr də, yerli polis onlara icazə verməyib. Bu, aksiya iştirakçılarının narazılığına səbəb olub və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etməyə başlayıblar.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ardıcıl 12 ildir hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib. Seçkilərdən sonra respublika prezidenti Salome Zurabişvili həmvətənlərini səsvermənin nəticələrinə etiraz etməyə çağırıb.

 

Nigar

 

Seçilən
13
oxu24.com

1Mənbələr