AZ

İran bu silahı məktəblərdə sınaqdan keçirib - Sensasion İDDİA

ABŞ-ın aparıcı hərbi akademiyası “West Point” Tehran hökumətinin kimyəvi kütləvi qırğın silahı istehsal etdiyini iddia edən məqalə dərc edib.

News24.az xəbər verir ki, məqaləni yazan ekspert İranın bu silahları məktəblərdə sınaqdan keçirdiyini iddia edib. ABŞ bu kimyəvi silahların “Hizbullah” və Həmas kimi təşkilatlara verilə biləcəyini bildirir. Dərc edilmiş məqalə bu məlumatı “ictimaiyyətə açıqlanmış ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA)  sənədləri”nə əsaslanır.

Məqalədə bildirilir ki, “farmasötik əsaslı agentlər” (PBA) anesteziyada istifadə edilən dərmanların kimyəvi tərkibinin dəyişdirilərək, qaza çevrilməsi nəticəsində məruz qalmış insanların mərkəzi sinir sisteminə təsir edən kimyəvi silah növüdür.

Bildirilir ki, bu qazlar insanları yuxuya aparır, çaşqınlıq yaradır və hətta yaddaş itkisinə səbəb olur.

Məqalədə deyilir ki, İran 1980-ci ildən oxşar silahlar hazırlayır. İddialara görə, İranın təkmilləşdirdiyi bu silahların istehsalı 2014-cü ildən sonra baş verən ixtiradan sonra artıb. Məqalədə bu silahların 2022-ci ildə İranda geyim qadağasına etiraz edən qız tələbələrə qarşı istifadə edildiyi iddia edilib.

Aynurə



Seçilən
16
news24.az

1Mənbələr