AZ

Anar Quliyev: "Bakının Baş Planına bir neçə ildən sonra yenidən baxıla bilər"

Bakının Baş Planı 2040-cı ilə qədər nəzərdə tutulsa da, bir neçə ildən bir real dəyişikliklər nəzərə alınmaqla ona yenidən baxıla və sənəd dəqiqdirilə bilər.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

O, həmçinin qeyd edib ki, Baş plana uyğun olaraq bu ilin əvvəlindən paytaxtda transformasiya layihələri icra edilir.

"İctimai nəqliyyatın hərəkəti, piyadalar üçün daha rahat mühitin yaradılması və digər məsələlər Baş Plana uyğun olaraq hər il təşkil ediləcək", - deyə sədr əlavə edib.

Seçilən
51
20
sam.az

10Mənbələr