AZ

Məktəbli qız qatarın altına düşdü, möcüzə baş verdi - Video

Moskva vilayətində məktəbli qız özünü elektrik qatarın relsinə düşsə də, sağ qalıb.

Ölkə.Az xəbər verir ki, Moskva vilayəti Sergiev Posada şəhərində qulaqlıq taxan məktəbli qızı elektrik qatarı vursa da, sağ qalıb.

Hadisənin baş verməsi anbaan videoya düşüb.

Yayılan görüntülərdə rusiyalı qadının dəmiryol relslərini keçərək hərəkət edən qatara fikir vermədiyi görünür. Qatarın aparıcı vaqonu qızı yıxır və o, relslərin arasına düşür.

Xoşbəxtlikdən qıza heç nə olmayıb. "Sergiyev Posad Life" teleqram kanalının verdiyi xəbərdə deyilir ki, qız sağdır. 

"Ona heç nə olmayıb. Nə sınıqları, nə də cızıqları var. Qız qatar keçdikdən sonra ayağa qalxaraq yoluna davam edib", - teleqram kanalı bildirib.

Rusiya Dəmir Yolları bölgə prokurorluğunun hadisə ilə bağlı araşdırma başlatdığını açıqlayıb. “Qoruyucu mələkləriniz yanınızda olsa belə, qulaqlıqlar və buna bənzər cihazlar bəzən pis yoldaş ola bilər”, - bəyanatda qeyd olunub.

Mürtəza
Ölkə.Az

Seçilən
22
olke.az

1Mənbələr