AZ

Donald Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini kimə etibar edəcək?

 
"O, bütün amerikalıların konstitusion hüquqları uğrunda qorxmaz mübariz olacaq, milli təhlükəsizliyi və sülhü təmin edəcək..."
 
ABŞ Milli Kəşfiyyatının sabiq direktoru Con Retkliff yeni seçilmiş prezident Donald Tramp administrasiyasında Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
"O, həmişə həqiqət uğrunda mübariz və Amerika xalqı ilə dürüst olub", - Tramp özünün "Truth Sosial" sosial şəbəkəsində yazıb.
 
Con Retkliff 2020-2021-ci illərdə Tramp administrasiyasında ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsində çalışıb. Retkliff Rusiyanın 2016-ci il ABŞ prezidenti seçkilərinə müdaxiləsinin tədqiqatını aparan sabiq baş prokuror Robert Müllerin ən böyük tənqidçilərindən biri olub.
 
O zaman məmur Rusiya kəşfiyyatının 2016-cı il seçkilərində Trampın rəqibi Hillari Klintonla bağlı təsirinin dəyərləndirilməsinin sirlərini üzə çıxarıb. 
 
Orada iddia edilib ki, Hillari Klinton rəqibinin, guya, Rusiya ilə əlaqədə və Demokratlar Partiyasına qarşı haker hücumunda əli olmasından istifadə edərək Trampa qarşı "qalmaqalın qızışdırılması" kampaniyası planına dəstək verib.
 
Retkliff Senatın hüquq komitəsinin rəhbəri Lindsi Qremmə yazıb ki, kəşfiyyat birliyinə "bu iddianın dəqiqliyi və ya Rusiya kəşfiyyatının təhlilinin şişirdilmə və ya uydurma olduğu bəlli deyil".
 
Tənqidçilər deyib ki, bununla Retkliff kəşfiyyat məlumatlarından istifadə edərək Trampa 2020-ci il prezident seçkiləri ərəfəsində siyasi cəhətdən kömək edib.
 
Tramp 2019-cu ildə Retkliffi əvvəlcə Milli Kəşfiyyatın direktoru vəzifəsinə təyin edib, lakin o, namizədliyini geri götürüb.
 
Tramp 2020-ci ildə Retkliffin Nümayəndələr Palatasında ilk impiçment proseduru zamanı prezidentin əsas müdafiəçisi olduqdan sonra yenidən onun namizədliyini irəli sürüb. 
 
Sonradan Senat onun namizədliyini təsdiq edib. Retkliff 2020-ci il seçkilərinə və hakimiyyətin təhvil verilməsinədək bu vəzifədə qalıb
 
O zaman o, şəxsən Trampa və onun müttəfiqlərinə bəyan edib ki, seçkilərə xaricdən müdaxilə və ya genişmiqyaslı saxtalaşdırma olmasının heç bir sübutları yoxdur.
 
İllər sonra o, bu barədə xüsusi müşavir Cek Smitin 2020-ci il seçkilərinin nəticələri haqqında cinayət tədqiqatı çərçivəsində sabiq federal münsiflər heyətinə ifadələr verməyə məcbur olub.
 
"Mən Conun ölkəmizin kəşfiyyatında nə zamansa hər iki vəzifəni tutan ilk şəxs olacağını səbirsizliklə gözləyirəm", - Tramp bəyan edib.
 
"O, bütün amerikalıların konstitusion hüquqları uğrunda qorxmaz mübariz olacaq və bu zaman güc vasitəsilə milli təhlükəsizliyi və sülhü təmin edəcək", - o, bəyan edib.
Seçilən
68
13
moderator.az

10Mənbələr