AZ

Qırğızıstanlı nazir: Mərkəzi Asiyadan Azərbaycana “yaşıl enerji”nin tədarükündə maraqlıyıq

Qırğızıstan Xəzər dənizi vasitəsilə Azərbaycana Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”nin tədarükü üçün “yaşıl enerji” dəhlizinin yaradılması təşəbbüsünü alqışlayır və öz enerjisinin ixracı üçün layihədə iştirak etməkdə maraqlıdır.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”a müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.

"Biz maraqlıyıq, çünki Mərkəzi Asiya - Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstandır. Vahid halqada, enerji halqasında işləyirik. Əgər qonşu dövlət Azərbaycanla əlaqəli olacaqsa, bu bizim elektrik enerjimizin satışı üçün də böyük bazardır", - T.İbrayev bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin enerji sistemləri SSRİ dövründən vahid halqada birləşib və hələ də bu formatda işləyir: "Buna görə də biz belə layihələrdə çox maraqlıyıq".

Seçilən
13
ikisahil.az

1Mənbələr