AZ

Müryel Danyel: Fransa dövləti Yeni Kaledoniyada təkcə ətraf mühiti deyil, kanakları da məhv edir

Yeni Kaledoniyada mədənçilik ətraf mühiti məhv edib. Son otuz ildə fəlakətlərə səbəb olan daşqınlar, tufan və torpaq sürüşmələri intensiv xarakter alıb. Fransa müstəmləkəçi dövlət olaraq təbii sərvətimizi istismar etdikdən sonra dağılmış yerləri bərpa etməyib.

“İki sahil” xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilmiş “Ekomüstəmləkə: müstəmləkə və neokolonial istismarın ətraf mühit mirası” adlı beynəlxalq konfransın Yeni Kaledoniyadan olan iştirakçısı Müryel Danyel AZƏRTAC-a müsahibəsində deyib. O, COP29-da ölkəsinin üzləşdiyi fəlakətlə bağlı məlumat verməyə imkan yaratdığı üçün Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.

Müsahibimiz bildirib ki, Fransa müstəmləkəçiliyi ucbatından Yeni Kaledoniyada nikel qeyri-müvafiq formada istismar edilir. 1880-ci ildən Fransa dövlətinə məxsus “Eramet” şirkəti Yeni Kaledoniyada nikel hasilatı ilə məşğuldur. Ərazidə ətraf mühitə təsirlər çox böyükdür. Bütün istismar edilən və çirklənmiş böyük körfəzlər bitkilərə və landşaftlara zərər verir. Yeni Kaledoniyanın suları mədənçiliklə çirklənir. Mədənçilik səbəbindən yerli əhalinin sağlamlığında problemlər var, xüsusilə də tənəffüs yolları xəstəlikləri artmaqdadır. Fransa dövləti Yeni Kaledoniyada təkcə ətraf mühiti deyil, kanakları da məhv edir.

Seçilən
18
ikisahil.az

1Mənbələr