Vivek Ramasvami ABŞ-nin yeni prezidenti Donald Trampın formalaşdırmağa başladığı hökumət kabinetinə daxil oldu.
Hind əsilli gənc mühafizəkar yazar İlon Maskla bərabər yeni yaradılacaq hökumətin effektivliyi Departamentinə rəhbərlik edəcək.
Siyasi şərhçi Şahin Cəfərli bildirir ki, Ramasvami seçki kampaniyası dövründə dəfələrlə Azərbaycan əleyhinə bəyanatlar verib.
"O, demokrat administrasiyanı Azərbaycana maliyyə yardımını dayandırmağa, 907-ci düzəlişi bərpa etməyə çağırıb", - ekspert xatırladıb.
"Əlbəttə, Ramasvaminin dövlət vəzifəsi tutması onun bütün söylədiklərini həyata keçirəcəyi mənasına gəlmir. Üstəlik, onun fəaliyyətinin xarici siyasət sahəsinə aidiyyəti olmayacaq. Amma kabinet üzvlərinin dövlət siyasətinə və prezidentin mövqeyinə az və ya çox dərəcədə təsiri olur", - o əlavə edib.
"AzPolitika.info"