AZ

Canan Karataydan dubay şokoladı ilə bağlı xəbərdarlıq

Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis, professor Canan Karatay son zamanlar bütün dünyada trend olan dubay şokoladı haqqında danışıb.

Ölkə.Az “Haber Global”a istinadla xəbər verir ki, C.Karatay insanlara qəti bir dillə bu şokoladdan uzaq durmağı tövsiyə edib:

“Zəhərdir. Firmaların istehsal etdiyi bir zəhər. Yesinlər, bədənlərinə kimyəvi tuşu yedirsinlər, xəstələnsinlər, xərçəng olsunlar. Ondan sonra da “anam xərçəng idi, mən də xərçəng olacağam” deyə gözləsinlər.
İnsanlar zəhərə qaçır. Ağıllarını süni intellektə həvalə ediblər. Süni intellekt şeytandır. Beyinlərinizi şeytana verməyin. Hazır olan, fabrikdən çıxan hər şey  zəhərdir. Bunu artıq qəbul etmək lazımdır”, - deyə o əlavə edib.

Billurə
 

Seçilən
20
1
olke.az

2Mənbələr