AZ

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən Yaşıl Taksonomiya təsdiqlənib

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 7noyabr tarixli qərarı ilə Yaşıl Taksonomiya təsdiq edilib.

Bu barədə TrendMərkəzi Banka istinadən xəbər verir.

Yaşıl Taksonomiya iqtisadi sektorlar üzrə yaşıl fəaliyyətnövlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarınınmüəyyən edilməsi üzrə təsnifat sistemini əhatə edir.

Əsasən maliyyə institutları tərəfindən istifadə üçün nəzərdətutulan Yaşıl Taksonomiyanın özəl sektor tərəfindən biznesfəaliyyətlərinin Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərəuyğunluğunun təmin edilməsi, yaşıl və dayanıqlı keçidstrategiyalarının hazırlanması, müvafiq məlumatların ictimaiyyətəaçıqlanması, yaşıl investisiyaların cəlb edilməsi və digər oxşaristiqamətlər üzrə istifadəsi mümkündür.

Yaşıl Taksonomiya ölkədə dayanıqlı maliyyə ekosistemininformalaşdırılmasına, daxili və xarici resursların yaşıl vədayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yarananrisklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçid iləbağlı yaranan fürsətlərdən istifadə edilməsinə, həmçinin mal vəxidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrinfəaliyyətinin dəstəklənməsinə xidmət edəcəkdir. Bununla da, YaşılTaksonomiya ölkə iqtisadiyyatının dayanıqlı inkişaf imperativlərinəuyğunlaşdırılmasına, eləcə də dayanıqlı iqtisadiyyata keçiddəmaliyyə sektorunun rolunun gücləndirilməsinə mühüm töhfəverəcəkdir.

Yaşıl Taksonomiya Mərkəzi Bankın təşəbbüsü və aidiyyəti dövlətqurumlarının iştirakı ilə yaradılmış “Dayanıqlı maliyyə üzrəEkspert Qrupu” tərəfindən Dünya Bankı ekspertlərinin dəstəyi iləhazırlanıb. Hazırlıq prosesində ən qabaqcıl beynəlxalq təcrübələrləyanaşı Azərbaycan Respublikası iqtisadiyyatının xüsusiyyətləri dənəzərə alınıb.

Məqalədə:
Seçilən
34
16
az.trend.az

10Mənbələr