AZ

Böyük gələcəyi vardı: “Real”ın 19 yaşlı istedadı karyerasını bitirdi

“Real Madrid”in 19 yaşlı yarımmüdafiəçisi Mark Kukalon futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, futbol insayderi Fabritsio Romanonun dediyinə görə, böyük gələcəyi proqnozlaşdırılan gənc futbolçu bir-birinin ardınca zədələr almağa başlayıb və futbolu buraxmağın sağlamlığı üçün ən yaxşısı olduğuna qərar verib.

Kukalon 2016-cı ildə “Real” akademiyasına qoşulub. Bu müddət ərzində o, komandanın bütün yaş qruplarını keçib.

Mark ötən mövsümü aşağı divizionda çıxış edən İspaniyanın “Las Rosas” klubunda icarə əsasında keçirib. Lakin Madrid klubunun strukturuna qayıtdıqdan sonra futbolçu yenidən xroniki zədələrdən əziyyət çəkməyə başlayıb.

Seçilən
34
publika.az

1Mənbələr